Miri Yusif Mavi Qızılgüllər Sözlər

Miri Yusif Mavi Qızılgüllər Sözlər Şarkı Sözleri

[Bənd 1]Sən bu ömrə bəzək, yaraşıq
Zülmətlərdə doğar bir işıq
Günlər xoş ötər
Sən varsan yetər

Əl-ələ bir ömür dolaşaq
Diləyim budur tək: “Qovuşaq!”
İntizar bitər
Sən varsan yetər

[Nəqərat]Mavi qızılgüllər aldım hər görüşdə
Adını qəlbimə yazdım ən girişdə
Sevgim islanmaz yağışda, yanmaz günəşdə
Bu sevgim sənə bir əbədi hədiyyədir

[Bənd 2]Səninlə ilk görüş yerimiz
Bir ömür gedərik ora biz
Sənlə bərabər
Sən varsan yetər

Hər kəsdən sənə doğru qaçım
Bil ki, var sənə ehtiyacım
Dünyalar qədər
Sən varsan yetər

[Nəqərat]Mavi qızılgüllər aldım hər görüşdə
Adını qəlbimə yazdım ən girişdə
Sevgim islanmaz yağışda, yanmaz günəşdə
Bu sevgim sənə bir əbədi hədiyyədir

Mavi qızılgüllər aldım hər görüşdə
Adını qəlbimə yazdım ən girişdə
Sevgim islanmaz yağışda, yanmaz günəşdə
Bu sevgim sənə bir əbədi hədiyyədir

Leave a Comment

close